Madrid Məhkəməsi Kriştiano Ronaldo barəsində qərar verib.
Sportarena.az xəbər verir ki, vergilərdən yayınma ilə bağlı ittihamları qəbul edən ulduz futbolçu 4 ayrı vergi cinayətinə görə 18,8 milyon avro cərimə olunub. Ronaldoya həmçinin 23 aylıq şərti həbs cəzası kəsilib. O, yenidən cinayət törətməyəcəyi halda həbsxanada yatmayacaq.
Ronaldo və ailə üzvləri məhkəmədə iştirak edib. Ulduz futbolçunun məhkəmə binasına daxil olarkən gülümsəməsi diqqəti çəkib. Polis onun üçün xüsusi təhlükəsizlik koridoru yaradıb.