Bir neçə ildir təşkil olunan MFL ( mini futbol liqası) artıq bir neçə həftədir ki, yeni sezona start verib. Bir neçə həftədir start götürməyinə baxmayaraq artıq ciddi rəqabət hər kəsə həyəcanlı anlar yaşadıb. Bu həftə sizlərə həyəcan yaşadan oyunçulara dəstək olan şəxslər və şirkətlər haqda məlumat verəcəyik. Oyunları izlədiyimiz vaxt bizə məlum oldu ki, MFL-də yarışan komandaların adları onları təmsil edən şirkətlərin adlarıdır. Digər halda isə həmin komandalar hansısa şirkətin maliyyə dəstəyi ilə oyunlara çıxırlar. Bizə oda məlum oldu ki, MFL-də iştirak edən oyunçular peşəkar futbolçular kimi yüksək məvacib alırlar. Yüksək məvacib verən komandalardan bir neçəsini sizə təqdim edirəm. “Beerbaşa” , “Köftəçi Ramiz”, “ Sirena Motors” , “ Baku Eagles” kamandaları MFL-ə xüsusi diqqət və maliyyə ayırır. Reportaj apardığımız vaxt Sirena Motors kamandasının oyunu başladı. Komandanı izlədik və oyun zamanı komandanın məxsus olduğu şirkətin rəhbərini də oyunu izləyənlər arasında olduğunu gördük. Maraq doğuran hal isə o oldu ki, oyunu əcnəbi şəxsdə izləyirdi. Onun kimliyini maraqlandıq və məlum oldu ki, bu şəxs Sirena Motors komandasının sponsoru olan GAC avtomobil zavodunun nümayəndəsidir. Təçkilatçıların bizə verdiyi məlumata görə həmin şəxs məhz MFL oyunlarını izləmək üçün 1 həftəlik Bakımıza gəlib. İndi sizə MFL-dən maraqlı fotoları təqdim edirik.