Azərbaycanın daha 3 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
Sportarena.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, güləşçilər Cəlal Süleymanovla Umar İsrailov və velosipedçi Qadir Mustafayev qadağan olunmuş preparatlardan istifadə edib.Onların qanında Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib.
Süleymanov həmçinin diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə cəzalandırılıb. Güləşçinin orqanizimində oksandrolon metaboliti maddəsi tapılıb və 18 yanvar 2018-ci ildən 96 aylıq - 18 yanvar 2026-cı ilə qədər cəzalanıb.İsrailovda drostanolon metaboliti maddəsi tapılıb və 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası ötən ilin martından hesablanacaq.
Velosipedçi Qədir Mustafayevin cəzası da 48 ay olacaq. Orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanan idmançının cəzası 2018-ci ilin 19 noyabrından qüvvədədir.
Qeyd edək ki, bundan əvvəl 39 idmançımız dopinqə görə cəzalandırılıb.