Yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu olduqdan sonra karyerasını bitirən və futbola başlayan yamaykalı atlet Useyn Boltun futbol karyerası uzun çəkməyib.
Sportarena.az xəbər verir ki, bir müddət Avstraliyanın “Sentral Kost Mariners” klubunda baxışda olan Boltla peşəkar müqavilə imzalanmayıb.Başqa klublardan da sərfəli təklif almayan yamaykalı idmançı futbol karyerasını bitirib.
Qeyd edək ki, Bolt ötən ilin avqust-noyabr aylarında “Sentral Kost Mariners”də məşqlərə çıxıb və yoldaşlıq matçlarında 2 qol vurub.