Topaz Premyer Liqasının II dövrəsinə hazırlıqları Antalyada davam etdirən "Keşlə” növbəti sınaq oyununa çıxacaq.
Sportarena.az xəbər verir ki, Tərlan Əhmədovun yetirmələri 3-cü yoxlama görüşündə Qazaxıstan təmsilçisi "Atırau” ilə qarşılaşacaq."Starlight Resort Hotel”in meydançasında baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Yoxlama oyunu
23 yanvar
17.00 Keşlə (Azərbaycan) - Atırau (Qazaxıstan) 1-3
Antalya. "Starlight Resort Hotel”.