“Neftçi”nin heyətinə qatdığı yunan hücumçu Vanqelis Platellas barəsində yeni iddia ortaya atılıb.
Sportarena.az xəbər verir ki, “Neftçi” bu transferi futbolçunun müqavilə ilə məxsus olduğu OFİ klubunun razılığı olmadan edib.Lakin klubdan saytımıza verilən açıqlamada bu xəbərin tamamilə dezinformasiya olduğu bildirilib:
“Klubumuzla OFİ arasında bu keçidə dair rəsmi müqavilə bağlanılıb. Həmçinin, futbolçunun özü ilə klubumuz arasında da müqavilə var. Çox güman ki, o, bu gün Türkiyədə keçirəcəyimiz yoxlama oyununa da çıxacaq. Futbolçu bizə məxsus olduğundan, onu nə vaxt elan etməyimizdə də problem yoxdur”.
Xatırladaq ki, üç gün əvvəl yayılan xəbərdə “Neftçi”nin qarşı tərəfə 50 min avro ödədiyi deyilirdi. (oxu.az)