Qurban Qurbanov: "Hava şəraitinə görə tam istədiyim oyun olmadı"

12:30 24 Yanvar 2019

“Qarabağ” klubu ötən gün Antalyada davam edən qış təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki,Ağdam təmsilçisi Polşanın “Pyast” klubu ilə 1:1 hesablı heç-heçə edib.Baş məşqçi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib:

 

“Hava şəraitinə görə tam istədiyim oyun olmadı. Daha sürətli qarşılaşmanın keçməsini istəyirdim. Amma istənilən halda bu hava şəraiti ilə razılaşmalıyıq. Buna baxmayaraq, 90 dəqiqə planlaşdırdığımız oyunu oynaya bildik. Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” sonuncu yoxlama oyununu yanvarın 26-da Ukrayna çempionu “Şaxtyor”la keçirəcək.


Digər xəbərlər

Xəbər xətti