Mövsümün qalan bölümünə Türkiyədə hazırlaşan "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirməyi planlaşdırmışdı.
Sportarena.az xəbər verir ki, bölgə təmsilçisi Antalyadakı hazırlıq çərçivəsində 3-cü sınağına çıxacaqdı. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Rusiyanın 1-ci divizion təmsilçisi "Fakel”lə görüşəcəkdi.
"Arkadia” otelinin meydançasında baş tutacaq görüş güclü leysan üzündən təxirə salınıb.
"Qəbələ” bunadək Almaniyanın "Meppen” (1:2) və Rusiyanın "Yenisey” (2:2) klubları ilə gücünü sınayıb.