"Neftçi"nin futbolçusu milliyə qayıtdı

13:08 24 Yanvar 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Neftçi”nin müraciəti əsasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqlərindən azad edilən Kamran İbrahimov dünən komandasının “Slovan”la keçirdiyi yoxlama oyunundan sonra millinin düşərgəsinə qoşulub.

 

Yanvarın 21-dən Antalyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün Bakı vaxtı ilə 12:00-da “Spartak-2” (Moskva) komandası ilə yoxlama oyunu keçirəcək.


Digər xəbərlər

Xəbər xətti