İngiltərənin “Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.
Sportarena.az xəbər verir ki, 27 yaşlı misirli yarımmüdafiəçi 22 yanvar tarixində son olaraq belə bir paylaşım edib: “2019-cu ilin qərarı: Real həyatda ünsiyyət qurmaq zamanı”.
Bu paylaşımlardan sonra o “İnstagram” və “Twitter” hesablarını silib.