“Monako”nun baş məşqçisi Tyerri Anri müvəqqəti olaraq əsas komandadan uzaqlaşdırılıb.
Sportarena.az xəbər verir ki, rəhbərlik komandanın uğursuz çıxışlarına görə bu addımı atıb. Fransalı məşqçi ilə bağlı son qərarın yaxın günlərdə açıqlanacağı bildirilir. Komandaya müvəqqəti olaraq Frank Passi rəhbərlik edəcək.
“Monako” 21 turdan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Komanda Fransa Liqasında son 5 oyunun 2-də uduzub, 3 dəfə heç-heçə edib.