Dekabrın 8-də Qurban Qurbanovla müqaviləyə qarşılıqlı xitam verən AFFA millinin sükanı arxasına daha bir namizəd tapıb.
Sportarena.az xəbər verir ki,Mark Vilmots federasiya ilə danışıqlar masası arxasına əyləşən sonuncu əcnəbi mütəxəssisdi. Beçikalı 2017-ci ilin noyabrından bəri işsizdi. O, həmin vaxt Fil Dişi Sahili millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.
Bildirək ki, 49 yaşlı mütəxəssis Bakıya dəvət olunub. AFFA Vilmotsa 2 illik müqavilə təklif edib. (sportinfo)