Fransa kubokunda "Starsbur"u 2:0 hesabı ilə yenən PSJ-də Neymar şoku yaşanıb.
Sportarena.az xəbər verir ki, matçın 62-ci dəqiqəsində "sambaçı" sağ ayaq biləyindən zədələnərək meydanı tərk edib. Ötən il sağ ayaq biləyindən zədələnərək uzun müddət yaşıl meydanlardan uzaq qalan təcrübəli futbolçunun yenə eyni yerdən zədə alması PSJ-ni qorxudub.
Ulduz futbolçu da meydandan çıxarkən göz yaşlarını saxlaya bilməyib.