AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.
Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yığıncaq martın 4-də baş tutacaq.Saat 10:00-da “Hilton” otelində əvvəlcə Hesabat Konfransı, ardından isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama;
- Yığıncağın tərkibinin yoxlanılması;
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;
- Maliyyə hesabatının təsdiq olunması;
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq;
- Növbəti ilin büdcəsinin təsdiq olunması;
- Hər hansı vakant vəzifəyə seçkilər;
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
- Digər məsələlər.