Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki iki ev oyununun yeri dəqiqləşib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya millisinə qarşı keçirəcəyi oyunların yeri bəlli olub.
Hər iki görüş Bakcell Arenada təşkil olunacaq. Buna səbəb mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınmasıdı.