"Keşlə" son yoxlama oyununda qələbə qazandı - YENİLƏNİB

16:10 25 Yanvar 2019

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Keşlə" bu gün son yoxlama matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Rusiya I Divizion təmsilçisi "Çertanovo" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, "Keşlə" bundan əvvəlki yoxlama matçlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Serbiyanın "Dinamo"suna (Vranye)   0:2, Qazaxıstan "Atırau"suna 1:3 hesabı ilə uduzub. 

 

25 yanvar

 

13:00. "Keşlə" - "Çertanovo" (Rusiya) - 1:0
Qol: Slavik Alxasov, 65


Digər xəbərlər

Xəbər xətti