Ağır atletika üzrə İsrail yığması AAAF Parkda təlim-məşq toplanışındadır - VİDEO

18:00 25 Yanvar 2019

AAAF Park Yaşayış Kompleksinin təlim-məşq bazası artıq ağır atletika üzrə bir neçə xarici ölkə yığma komandalarının ən çox müraciət etdiyi məşq bazalarından birinə çevrilib.

 

Sportarena.az xəbər verir ki, ötən il Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Mərakəş və İraq milliləri vaxtaşırı bu bazada olaraq bir neçə həftəlik toplanış keçiblər. Yanvarın 10-dan etibarən isə İsrail yığma komandasının üzvləri vətənimizə təşrif buyuraraq hazırlıqlarına start veriblər. Kiçik heyətlə məşqlərini gerçəkləşdirən komanda üzvləri üçün bazada hər bir şərait yaradılıb. Komanda üzvlərindən olan Artur Muqurdumov da AAAF TV-yə müsahibəsi zamanı belə bir təlim-məşq bazasında hazırlıq keçdiklərindən məmnunluğunu dilə gətirdi.

 

Bir çox ölkədə təlim-məşq toplanışında olmuşuq. Bu dəfə də Azərbaycanı sınamaq qərarına gəldik. Buradakı şəraitə valeh olduq, AAAF Parkda bir ağır atletin yarışa hazırlaşması üçün ən yüksək şərait var. Qalma, qidalanma, məşq, bərpa, istirahət və əyləncənin bir arada olması çox əlverişlidir. Buranı hər kəsə tövsiyə edə bilərik. Apreldə Batumidə keçiriləcək Avropa çempionatına hazırlaşırıq. Burada yaxşı hazırlaşıb, qitə turnirində uğurlu çıxış edəcəyimizə inanırıq. Bu dəfə Bakıya kiçik heyətlə gəlmişik. Qarşıda bizi çoxlu yarış gözləyir və növbəti dəfə daha geniş heyətlə gəlib, burada böyük məmnuniyyətlə həm qonaq olacaq, həm də toplanış keçəcəyik".

 

Bildirək ki, İsrail yığma komandasnını təlim-məşq toplanışı fevralın əvvəlinədək davam edəcək.

 

 


Digər xəbərlər

Xəbər xətti