Türkiyə çempionatı: “Beşiktaş”dan gözlənilməz xal itkisi

13:38 26 Yanvar 2019

Futbol üzrə Türkiyə Superliqasında XIX tura start verilib.

 

Sportarena.az xəbər verir ki, bu turun ilk matçında turnir cədvəlində altıncı pillədə qərarlaşan İstanbulun “Beşiktaş” komandası “Vodafon Park” stadionunda “Ərzurumspor”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb.Matçda ev sahiblərinin yarımmüdafiəçisi Dorukhan Tokoz əvvəlcə 69-cu dəqiqədə topu öz komandasının, bundan 10 dəqiqə sonra isə rəqibin qapısından keçirib.

 

Bu heç-heçəyə baxmayaraq, hesabındakı xallarının sayını 30-a çatdıran Şenol Günəşin komandası turnir cədvəlində dördüncü sıraya yüksəlib.


Digər xəbərlər

Xəbər xətti