Mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən Gəncənin “Kəpəz” klubu daha bir futbolçunu heyətinə qatıb.
Sportarena.az xəbər verir ki, komanda son 4 ayı Litva təmsilçisi “Yonava” klubunda keçirən Gəncə futbol məktəbinin yetirməsi Tural Rzayevi heyətinə qəbul edib.Yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Gəncə təmsilçisi daha əvvəl Əli Səmədovu heyətinə qatıb.