"Keşlə" qış fasiləsində növbəti transferini reallaşdırır.
Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Tərlah Əhmədov Sport24.az-a açıqlamasında son 2 yoxlama matçında şans verdiyi, AZAL-da rəhbərliyi altında çıxış etmiş ukraynalı yarımmüdafiəçi Valeri Kutsenkonu sərəncamında saxlayacağını bildirib: "Kutsenko demək olar qalır, 99 faiz məsələsi müsbət həll olunub. Hələ ki anlaşmamız mövsümün sonunadək olacaq. Valeriylə 4 aylıq müqavilə imzalayacağıq".