"Atletiko" futbolçusu Jelson Martinşi icarəyə verib.
Sportarena.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Monako"da çıxış edəcək.
Bildirək ki, portuqaliyalı futbolçu bu mövsüm Madrid klubunun heyətində 12 oyuna çıxıb və 1 qol vurub.