“Qarabağ” - “Neftçi” oyunu sükutla başlayacaq

14:05 28 Yanvar 2019

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyunu sükutla başlayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Oxu.Az-a Ağdam klubundan məlumat verilib.Buna səbəb “Qarabağ” klubunun təsisçilərindən biri olmuş Adil Nadirovun dünyasını dəyişməsidir.

 

Klubdan bildirilib ki, oyun fevralın 3-də olsa da, bir dəqiqəlik sükut üçün Peşəkar Futbol Liqasına müraciət ediləcək.

 

Qeyd edilir ki, A.Nadirovun mədə-bağırsaq sistemində narahatçılığı olub. Onun həmçinin ürək nahiyəsindən şikayətləndiyi və tez-tez xəstəxanaya getdiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti