"Futbolçuların ümumi hazırlığında artım hiss olunur” - AÇIQLAMA

17:00 28 Yanvar 2019

"Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Bu oyunda fiziki baxımdan çox güc sərf etdik”.

 

Sportarena.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd deyib.

 

Antalyada təlim-məşq toplanışı çərçivəsində Norveçin "Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə 2:2 hesablı bərabərliyə razılaşan yığmamızın çalışdırıcısı AFFA-nın rəsmi saytına danışıb:

 

"Oyun zamanı bəzi gedişlər oldu ki, yaxşı alındı. Taktiki planda müəyyən işlərimiz qalıb, bundan sonra onlara daha çox vaxt ayıracağıq. Fikrimcə, toplanışın ümumi gedişatı komandanın xeyrinədi. Futbolçuların ümumi hazırlığında artım hiss olunur”.


Digər xəbərlər

Xəbər xətti