"Keşlə" heyətinə yeni legioner cəlb edib.
Sportarena.az xəbər verir ki, Venesuela yığmasının futbolçusu Luis Penya müqavilə bağlamaq üçün Bakıya gəlib.
O, pleymeyker mövqeyində çıxış edir. Onunla bir illik müqavilə bağlanılacaq. 30 yaşlı Luis Anxelo Penya Puentosin son klubu vətənində "Mineros Quayana" olub.
Daha əvvəl Venesuelanın "Estudiantes", "Karakas", "Deportivo Taçira", "Samora", Portuqaliyanın "Braqa", "Portimonensi" və Braziliyanın "Nautiko" komandalarının formasını geyinib.