"Astana" ilə icarə müqaviləsini pozan "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike PAOK-a qayıdıb.
Sportarena.az xəbər verir ki, bu barədə Saloniki klubunun saytı məlumat yayıb. 28 yaşlı vingerin PAOK-la müqaviləsi 2020-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. PAOK ötən yay Pedronu "Astana"ya bir illik icarəyə vermişdi.