Futbol üzrə Asiya kubokunda ilk finalçı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, ilk yarımfinal qarşılaşmasında İran və Yaponiya milliləri üz-üzə gəlib. Matç Yaponiyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bildirək ki, digər yarımfinal görüşündə Qətər və Birləşmiş Ərəb Əmirlikləri milliləri mübarizə aparacaq. Qarşılaşma yanvarın 29-da keçiriləcək. Final oyunu isə fevralın 1-də baş tutacaq.