"Keşlə" klubu intizamsız davranışına görə futbolçusu ilə yollarını ayırır

11:49 29 Yanvar 2019

"Keşlə" klubu daha bir futbolçusu ilə yolları ayırmağı qərara alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib. 48 yaşlı mütəxəssis Diallo Qudileyenin paytaxt təmsilçisindən göndərilməsinin planlaşdırdığını açıqlayıb.

 

O, mavritaniyalı yarımmüdafiəçinin intizamsız davranışlarını səbəb göstərib. Əhmədov bildirib ki, Diallo məşqlərə gecikdiyi üçün bir neçə dəfə cəzalandırılsa da, bundan dərs çıxarmayıb. Nəticədə onun komandadan göndərilməsi məqsədəuyğun sayılıb.

 

Əvəzində vaxtı ilə "Azal"da Əhmədovun rəhbərliyi altında çıxış edən ukraynalı Valeri Kutsenkonun komandaya cəlb olunması qərara alınıb.

 

Qeyd edək ki, "Keşlə" daha öncə Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyev və Orxan Sadıqlı kimi futbolçularla yolları ayırıb.


Digər xəbərlər

Xəbər xətti