Qazaxıstanın “Tobol” klubu ilə anlaşan “Səbail”in qolkiperi Emil Balayevin müqaviləsinin detalları bəlli olub.
Sportarena.az xəbər verir ki, bu keçid üçün "Tobol" "dənizçilər"ə 52 min avro ödəyib. 24 yaşlı əlcək sahibinin illik maaşı isə 200 min avro olacaq. Millimizin qolkiperi Premyer Liqa klubu ilə iki illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Emil Balayev "Neftçi"nin yetirməsidir. O, 2015-ci ildə Almaniyanın "Ayntraxt" klubuna transfer olsa da, rəsmi debüt edə bilməmişdi. Balayev "Səbail"ə 2017-ci ildə "Qarabağ"dan keçmişdi.