Tofiq Bəhramov - 94

13:14 29 Yanvar 2019

Bu gün məşhur azərbaycanlı hakim Tofiq Bəhramovun 94 yaşı tamam olur.
 
Futbolçu karyerasına 1940-cı ildə başlayan Tofiq Bəhranov əvvəlcə “Spartak”ın gənclər komandasında çıxış edib. Daha sonra isə “Neftçi”də oynayıb. Lakin onun karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə onu karyerasını başa vurmağa məcbur edib.
 
1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alır.
 
1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənir. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edir. Dünya çempionatının final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib.
 
O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
 
Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb
 
1966-cı il Dünya Çempionatında Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramova bu oyundan sonra Böyük Britaniya kraliçası tərəfindən "Qızıl ilahə" və “Qızıl fit” mükafatı təqdim edilib.
 
Azərbaycanın əsas futbol arenası Tofiq Bəhramovun adını daşıyır. 2004-cü ildə isə dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb. Mərasimdə FİFA prezidenti Yozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular iştirak ediblər.
 
2004-cü ildə vəfat edən ingilis yazıçısı Artur Hopkraft Tofiq Bəhramova özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib.
 
Tofiq Bəhramov idarə etdiyi oyunların heç birində oyunçuya qırmızı vərəqə göstərməyib.
 
Tofiq Bəhramov 2006-cı il dünya çempionatına həsr olunan cizgi filminin qəhrəmanı olub.
 
Tofiq Bəhramov adında Respublika stadionu onun adını daşıyır və dünyada hakimin şərəfinə alandırılan yeganə futbol arenasıdı.
 
Tofiq Bəhramov 1970-ci il dünya çempionatında da hakimlik edib. Ən əsası isə Braziliya - Uruqvay yarımfinal görüşünündə baş hakim olub.
 
Tofiq Bəhramovun 85 illik yubileyi ərəfəsində İngiltərədə üzərində "Qara geyimdəolan əfsanəvi şəxsiyyəti unutmayacağıq" sözləri yazılan köynəklər satışa çıxarılıb.
 
Böyük Britaniyanın "Sky Sports" kanalı futbol üzrə İngiltərə yığmasının DÇ-1966-da əldə etdiyi çempionluğun 50 illiyinə həsr olunmuş verilişdə kanalın ekspertləri Ceymi Karraqer və Ed Çemberlin kompüter qarfikinin köməkliyi ilə final görüşünü təhlil ediblər. Verlişin ən maraqlı hissəsi vurulan 3-cü qolda topun qapı xəttini keçib-keçmədiyinin müzakirəsi idi. Karraqer və Çemberlin müasir texnologiyalardan istifadə etməklə Tofiq Bəhramovun haqlı olduğunu bir daha ortaya çıxarıblar.
 
Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti