"İndi özümü daha rahat hiss edirəm. Bir klubla uzunmüddətli müqavilənin olması hər zaman xoşdu".
Sportarena.az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Simeon Slavçev "Kanal3”ə müsahibəsində deyib.
26 yaşlı bolqarıstanlı yarımmüdafiəçi həmyerliləri ilə söhbətində ötən ilin iyulunda 3 illik müqavilə bağladığı Ağdam təmsilçisi barədə xoş sözlər söyləyib: "Qarabağ”da xoşbəxtəm. Yüksək hədəfləri olan komandada oynamaq istəyirdim. "Sportinq”də karyeramın alınmamasına görə əvvəllər başqalarını günahlandırırdım. Amma indi öz səhvlərimi görməyə başlamışam”.