Adı "Səbail"lə hallanan "Qarabağ"ın sabiq futbolçusu Çumbinyo Azərbaycana dönməyib.
Sportarena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını vətəni Braziliyada davam etdirəcək. Futbolçu Seriya A2 təmsilçisi "İnter Limeyra" ilə müqavilə imzalayıb. Aşağı liqa klubunun saytında müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Çumbinyo 2013/2015-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub. 32 yaşlı futblçu Ağdam klubunun heyətində keçirdiyi 46 oyunda 11 qolun müəllifi olub. Əsasən Braziliya və Yunanıstan klublarında oynamış yarımmüdafiəçi Ağdam klubundan “Atromitos”a yollanmışdı. Son 2 ili isə o, “Levadiakos”da keçirib.