"Neftçi"nin hücumçusu Dario Frederiko komandanı tərk edə bilər.
Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu Cənubi Koreya klubunun maraq dairəsinə düşüb. Agenti 27 yaşlı futbolçunu daha çox pul qazanmaq üçün Cənubi Koreya çempionatına göndərməyi planlaşdırır. Geriyə qalan Frederikonun məxsus olduğu "Neftçi"nin də keçidə razılıq verməsidir.
Qeyd edək ki, Frederiko daha əvvəl də Koreyada çıxış edib. O, "Sonnam" klubunun şərəfini qoruyub. (Azerisport.com)