“Kəpəz” yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, “sarı-göylər” çempionatın qış fasiləsi dövründə növbəti hazırlıq matçında “Turan Tovuz”la qarşılaşıb. Tovuzda baş tutan görüşdə "Kəpəz" 3:4 hesabı ilə uduzub. “Kəpəz”in hər 3 qolu ilk yarıya təsadüf edib. Fasilədən sonra "Kəpəz" meydançaya ehtiyat oyunçuları buraxıb və bu da nəticəyə təsirsiz ötüşməyib. İkinci hissədə 4 top vuran “Turan Tovuz” qələbə qazanıb.
Xatırladaq ki, bu oyun tərəflər arasında dövrələrarası fasilə müddətində ikinci yoxlama matçı olub. Bundan öncə komandalar yanvarın 14-də Tovuzda qarşılaşmışdılar. Həmin görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlmişdilər.