“Neftçi” xorvatiyalı futbolçu Slavko Braliçlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Müdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Slavko Braliç bu mövsüm "Neftçi”nin heyətində 13 oyunda meydana çıxıb.