“Sumqayıt” daha bir keçidini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi İsrailin “Hapoel” (Təl-Əviv) klubundan Əmir Ağayevi rənglərinə bağlayıb.Futbolçu ötən gecə Azərbaycana yola düşüb. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi “Sumqayıt”la 1,5 illik müqavilə imzalayacaq.