"Qarabağ" Azərbaycan Premyer Liqasının XV turunda qarşılaşacağı "Neftçi"ylə oyunun hazırlıqlarını davam etdirir.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin növbəti hazırlığı sabah saat 15:30-da nəzərdə tutulub. "Azərsun Arena"da baş tutacaq məşqin ilk yarım saatı mətbuat nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi oyunu fevralın 3-ü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 18:30-da səslənəcək.