Millimiz son yoxlama oyununda heç-heçə etdi

23:19 30 Yanvar 2019

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Rusiyanın “Dinamo-2” (Moskva) komandası ilə qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.

 

Qeyd edək ki, millimiz bundan əvvəl  “Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası (2:2), Rusiyanın "Krasnodar-3" (1:1) və Küveytin U-19 yığması (1:1) ilə sınaq matçlarında da heç-heçə edib.


Digər xəbərlər

Xəbər xətti