"Qalatasaray" və "Kasımpaşa" hücumçu Mbaye Dianyenin transferində ortaq məxrəcə gəlib.
Sportarena.az xəbər verir ki, "sarı-qırmızılılar" keçidi sosial media hesabından rəsmən açıqlayıblar. Bildirək ki, 27 yaşlı futbolçu cari mövsümdə Superliqada forma geyindiyi 17 matçda 20 qol vurub, 2 məhsuldar ötürməylə yadda qalıb.