PSJ-nin braziliyalı ulduzu Neymar yenə uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Sportarena.az xəbər verir ki, sağ ayaq biləyindən zədələnən Neymar 10 həftə oyunlara çıxmayacaq. Onun zədəsi müalicə ilə sağaldılacaq. Bununla da, Çempionlar Liqası 1/16 final mərhələsi çərçivəsində "Mançester Yunayted"lə qarşılaşacaq PSJ hər iki matçda Neymarsız mübarizə aparacaq.
Bildirək ki, Neymar "Strasburq"a qarşı oynadığı kubok matçında zədələnərək, meydançanı göz yaşları içində tərk etmişdi.