Dünən 1 oyunla U-16 Liqasında 16-cı tura start verildi. Qəbələ şəhər stadionunda «Qəbələ» «Sumqayıt»ı qəbul etdi və rəqibini böyük hesabla məğlub edərək liderliyini sürdürdü. Bu gün birincilikdə daha 6 oyun keçiriləcək. Turun ən çox maraq doğuran qarşılaşması «Neftçi» ilə «Qarabağ» arasında oynanılacaq. Maraqlı məqam: Abşeron OİK-nin meydanında keçirilməli olan İsgəndər Cavadov BFA – «Səbail» matçının yeri dəyişdirilib. Oyun «Bayıl Arena»ya təyin olunub. Bununla da protokolda ev sahibi kimi İsgəndər Cavadov BFA göstərilsə də, faktiki onlar meydana qonaq qismində çıxacaqlar.
30 yanvar (cərşənbə)
«Qəbələ» - «Sumqayıt» 6:1
Qollar: Mehrac Baxşəliyev, 16, 80; İbrahim Ramazanov, 36; Gülağa Əsədov, 39; Taleh Qarayev, 45; Ümid Həmzəyev, 52 – İlkin İbrahimov, 77
Oyunu izləyən əməkdaşımızın fikrincə, «Qəbələ»dən Rauf Rüstəmli, Gülağa Əsədov, Asif Məmmədov və Taleh Qarayev, «Sumqayıt»dan isə Ruhid Mustafayev komandalarının ən yaxşıları idi.
31 yanvar (cümə axşamı)
11:00 «Səbail» - İsgəndər Cavadov BFA («Bayıl Arena»)
12:00 ROİL – «Keşlə» (Aviasiya Akademiyasının stadionu)
12:00 «Neftçi» - «Qarabağ» («Dalğa Arena»nın yardımçı meydanı)
14:00 «Neftçi» İK İB – «Sabah» (Lökbatan OİK-nin meydanı)
14:00 Gəncə TİM – «Zirə» (GƏncə TİM-nin meydanı)
15:00 «Viləş» - «Turan Tovuz» (A.Banişevski adına Masallı şəhər stadionu)
Bombardirlər: Rauf Ağasənov («Səbail»), Mehrac Baxşəliyev («Qəbələ») – 18 qol.
«Het-trik news» qəzeti