Malavili hücumçu Robin Nqalandenin “Zirə”yə keçidi rəsmiləşib.
Sportarena.az xəbər verir ki, bunu klub feysbuk səhifəsi vasitəsilə bəyan edib.Bir müddətdi komandada baxışda olan 27 yaşlı oyunçu bəyənilib. Malavi yığmasının üzvü ilə 6 ay + 1 illik müqavilə imzalanıb. Yəni Nqalande bu mövsüm özünü yaxşı tərəfdən göstərə bilsə, anlaşması avtomatik olaraq daha 1 illik yenilənəcək.
Qeyd edək ki, Robin Nqalande “Zirə”yə Cənubi Afrika Respublikasının “Baroka” klubundan keçib.