“Şükür Allaha, “Forza Neftçi” olaraq “Qarabağ”la oyundan tribunadayıq!”

13:14 31 Yanvar 2019

“Neftçi” ilə “Forza Neftçi” azad azarkeş qrupu arasında problem həllini tapıb. Dünən azarkeşlərlə görüşən klub rəhbərliyi onları tribunalara dönməyə razı sala bilib.
 
 

Sportarena.az xəbər verir ki, bunu qrupun rəhbəri Sübhan Əliyev öz sosial şəbəkə səhifəsində açıqlayıb.O bildirib ki, ölkənin aparıcı fan klublarından sayılan paytaxt təmsilçisinin azarkeşləri yenidən tribunadakı yerlərinə qayıdacaq.

 

Ötən ilin sonunda klub rəhbərliyi ilə aralarındakı problem üzündən tribunadan çəkilən “Forza Neftçi” mövsümün ikinci yarısının startından klubun yanında olacaq:

 

“Şükür Allaha, hər şey qaydasına düşdü. “Forza Neftçi” olaraq “Qarabağ”la oyundan tribunadayıq”.


Digər xəbərlər

Xəbər xətti