"Qarabağ”ın "Neftçi” ilə matç ərəfəsindəki açıq məşqinin yeri dəyişib.
Sportarena.az xəbər verir ki, 15-ci turun görüşünə hazırlıq yanvarın 31-də saat 15:30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.Daha əvvəl məşqin "Azərsun Arena"da keçiriləcəyi açıqlanmışdı. Məkan dəyişikliyi oyunun da Respublika stadionunda təşkil ediləcəyi ilə əlaqələndirilib.
Qeyd edək ki, açıq məşqin ilk yarım saatı ərzində baş məşqçi Qurban Qurbanov və futbolçuların brifinq keçirmələri gözlənilir.