Mövsümün ikinci yarısı üçün hazırlaşan “Qalatasaray” növbəti transferini həyata keçirib.
Sportarena.az xəbər verir ki, İstanbul klubu Fransanın “Marsel” klubundan Kostas Mitroğlunu heyətinə qatıb.Yunanıstanlı forvard artıq Türkiyəyə gəlib. 30 yaşlı forvardla müqavilə imzalanacaq.
Qeyd edək ki, Mitroğlu karyerası ərzində Almaniya, İngiltərə, Portuqaliya, Fransa kimi ölkələrin çempionatlarında mübarizə aparıb.