Bu həftə Topaz Premyer Liqasında 2018/19 mövsümünün ikinci yarısına start veriləcək.
Sportarena.az xəbər verir ki, 15-ci turun ilk oyunu Zirədə keçiriləcək. “Sabah”ı qəbul edəcək “Zirə” 2019-cu ildə ilk rəsmi matçına çıxacaq.
Fevralın 2-də baş tutacaq qarşılaşma iki komanda arasında Premyer Liqa çərçivəsində 3-cü oyun olacaq. İndiyədək keçirilən hər iki matç cari mövsümə təsadüf edib.
3-cü turun ev oyununda 0:2 hesabı ilə uduzan “qartallar” 9-cu turun səfər matçında heç-heçəni uzatma dəqiqələrində əldən verib – 1:2. Hər iki görüşdə 2 top buraxan zirəlilər meydandan xalsız ayrılıb. 1 qol vuran “Zirə” futbolçuları ümumilikdə 4 top buraxıb. “Zirə”nin yeganə qoluna Tellur Mütəllimov imza atıb.