Türkiyənin “Qalatasaray” klubu “transfer pəncərəsi”nin son günündə Mbaye Diane və Kostas Mitroqlunun ardından daha bir transfer həyata keçirib.
Sportarena.az xəbər verir ki, Super Liqanın sonuncu qalibi Belçikanın “Standard” klubunun Konqo Demokratik Respublikasından olan müdafiəçisi Kristian Luyindamanı icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Luyindama İstanbula gələrək tibbi yoxlanışdan keçib və yarım illik icarə müqaviləsinə imza atıb. O, yeni komandasında 27 nömrəli formanı geyinəcək.
“Qalatasaray” Luyindamanın yarım illik icarəsinə görə “Standard”a 3 milyon avro ödəyəcək. Futbolçunun özü isə bu müddətdə 600 min avro qazanacaq.25 yaşlı futbolçu ölkəsinin “Mazembe” klubunun yetirməsidi. O, 2017-ci ildən Belçika təmsilçisinin uğurları üçün çalışır. Kristian Konqo yığmasında da 4 oyun keçirib.