Beynəlxalq Şahmat Federasiyası (FİDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.
Sportarena.az xəbər verir ki, ötən ayla müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə geriləyib. Hazırda 2790 xalla 5-ci pillədə olan 33 yaşlı qrossmeyster lider norveçli dünya çempionu Maqnus Karlsendən 53 xal geridədir.Siyahının ikinci pilləsində amerikalı Fabiano Karuana, 3-cü sıra çinli Din Lijen, 4-cü sırada hindistanlı Aniş Giri qərarlaşıb.
Digər azərbaycanlı şahmatçı Teymur Rəcəbov isə bir pillə irəliləyib. O, 2756 xalla 13-cü yerdədir. Bir pillə geriləyən Arkadi Naydiç 2732 xalla 22-cidir. 2703 xala malik Rauf Məmmədov 42-ci sırada qalıb. Eltac Səfərlinin də mövqeyi dəyişməyib. O, 2681 xalla 62-ci yerdədir. 2664 xala sahib olan Qədir Hüseynov isə bir pillə geriləyərək 81-ci yerdə qərarlaşıb.
Qadınlardan Günay Məmmədzadə 2422 xalla 49-cu pillədə qalıb. Yenə 2397 xala malik Xanım Balacayeva 64-cü, 2368 xalı olan Gülnar Məmmədova 99-cu mövqedə qərarlaşıb. Balacayeva 1 pillə irəliləyibsə, Məmmədova mövqeyini dəyişməyib.