İtaliya Kubokunun 1/4 finalının son görüşündə “İnter” Milanda “Latsio”nu qəbul edib.
Sportarena.az xəbər verir ki,90 dəqiqə ərzində qapılara qol vurulmayıb.Lakin 108-ci dəqiqədə Çiro İmmobile Roma klubunu önə keçirib. 124-cü dəqiqədə isə argentinalı Mauro İkardi 11 metrlik nöqtədən qol vuraraq görüşün taleyini penaltilər seriyasına aparıb. Penaltilərdə isə qonaqlar 4:3 hesabı ilə qalib gəlib.
Beləliklə, 1/2 finalda “Milan” – “Latsio” və “Fiorentina” – “Atalanta” görüşləri keçiriləcək. Cütlüklər 6 və 27 fevralda iki görüşlə finalçını müəyyən edəcək.