"Mançester Siti"nin 19 yaşlı tapıntısı

13:53 1 Fevral 2019

İngiltərənin "Mançester Siti" klubu Xorvatiyanın "Hayduk" komandasının futbolçusu Ante Palaversa ilə müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə olan sözləşmə 2022-ci ilin yayına kimi nəzərdə tutulub.Gənc oyunçu qarşıdakı 1.5 il müddətində icarə əsasında "Hayduk"da çıxış edəcək. Lakin "Mançester Siti" futbolçusunu 2020-ci ilin yanvarında komandaya qaytara bilər.

 

Qeyd edək ki, Ante Palaversa "Hayduk"un yetirməsidir. O, bu mövsüm komandanın heyətində 17 oyunda meydanda olub və iki qol vurub. (report)


Digər xəbərlər

Xəbər xətti