Türkiyə klubu REKORD qırdı - 1 saata 22 transfer

15:21 1 Fevral 2019

Türkiyənin "Elazığspor" klubu dünya rekordu qırıb.

 

Sportarena.az xəbər verir ki, TFF 1-ci liqada mübarizə aparan komanda qış transfer pəncərəsinin bağlanmasına 1 saat qalmış 22 futbolçu ilə müqavilə imzalayıb. Bunun ardınca transferlər rəsmi olaraq Türkiyə Futbol Federasiyasına bildirilib. Futbolçulardan 6-sı icarəyə götürülüb, digərləri isə 1.5 illiyə transfer edilib. 

 

Bildirək ki, "Elazığspor" bir müddətdir ki, maddi sıxıntılar yaşayır və idarə heyətində böyük boşluq var.


Digər xəbərlər

Xəbər xətti